Kapitone Mebel şirkəti 2015-ci ildən fəaliyyətə başlamışdır. Çox illik təcrübəyə malik şirkətimiz ilkin olaraq, yumuşaq mebellərin istehsalı və satışı üzrə ixtisaslaşmışdır. Sonra ki dövrlərdə müştərilərimizin istəklərini nəzərə alaraq, digər mebellərin istehsal və satışını həyata keçirməyə qərar verdik. Bu günə qədər müştərilərimizin məmnuniyyətini ön planda tutaraq, onların ev və iş yerlərinə uyğun yüksək keyfiyyətli mebellər təqdim edirik.
Bu gün Kapitone Mebeldən özəl sifarişlə yumuşaq mebel ilə yanaşı, mətbəx mebeli, qonaq otağı, yataq otağı, hamam otağı mebelləri və zövqünüzə uyğun qarderob otaq tipli mebelləri sifariş edə bilərsiniz. Hər bir mebel, müştərilərimizin xüsusi tələblərinə uyğun hazırlanır və yüksək keyfiyyətlə təqdim edilir. Bizim məqsədimiz, evinizi və ofisinizi daha komfortlu və şık etməkdir.
Yarandığımız gündən bəri daima yeniliklər üzərində işlədik və hər gün bu yeniliklər haqqında düşünərək iş fəaliyyətimizi davam etdiririk. Əsas hədəfimiz müştərilərin xəyalında olanları böyük zövqlə həyata keçirtməkdir. Hər bir layihə bizim üçün bir incəsənət əsəri kimidir və məqsədimiz, hər müştəriyə unikal və özünə məxsus dizaynla ən yüksək keyfiyyətli mebelləri təqdim etməkdir.
Kapitone Mebeli seçmə səbəbiniz, niyə məhz biz?
Mebel sektorunda keyfiyyət, innovasiya və müştəri məmnuniyyətini hər zaman prioritet tuturuq.
Çox illik təcrübəmizə əsaslanaraq, evinizdə bənzərsiz, rahat və komfortlu mühit yaradırıq.
Bir çox mebel kateqoriyasını bir marka altında birləşdirmişik. Bu da özlüyündə müştərilərin bütün növ sifarişlərini eyni şirkətə sifariş etmək imkanı və rahatlığı yaradır.
Bizimlə seçdiyiniz mebel, yalnız funksionallıq deyil, həm də estetik gözəllik və keyfiyyətli dizaynla bəzənmiş olacaq.
Hansı növ mebellər istehsal edirik:
Yumşaq mebellər (divan, kreslo, çarpayı, pufiklər)
Mətbəx mebelləri
Qarderob və qarderob otaqları
Yataq otağı mebelləri
Uşaq otağı mebelləri
TV stendləri
Otaq qapıları
Hamam otağı mebeli
Masa və oturacaqlar
Biz, hər bir mebelin funksionallığını, estetik gözəlliyini və müştərilərimizin zövqünü nəzərə alaraq, yüksək keyfiyyətlə istehsal edirik. Evinizin hər küncünü gözəlləşdirmək üçün bütün növ mebelləri bir arada təklif edirik.
Biz Kapitone Mebel olaraq, müştərilərin zövqünə, arzularına və ən əsası özlərini rahat, xoşbəxt hiss edəcəkləri uyğun mebelləri hazırlamağı məqsəd bilirik. Hər bir detalda keyfiyyəti, funksionallığı və estetik tələbləri nəzərə alaraq, evinizin və ofisinizin hər küncünü daha gözəl və komfortlu etmək üçün çalışırıq.